"Barselona"nın əsas silahlarından biri sıradan çıxdı

"Barselona"nın əsas silahlarından biri sıradan çıxdı
Futbol
18 Mart 2019 - 20:24
İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Luis Suarez üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Supersport.Az-ın klubun saytına istinadla xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu martın 17-də "Betis"lə oyunda dizindən zədələnib. Bu səbəbdən uruqvaylı hücumçunun ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Suarez cari mövsümdə Kataloniya komandasının heyətində keçirdiyi 39 oyunda 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər xəbərlər