Tanınmış mütəxəssis futboldan getdi

Tanınmış mütəxəssis futboldan getdi
Futbol
12 Mart 2019 - 00:43
Supersport.Az-ın məlumatına görə, niderlandlı məşqçi Luis van Qal karyerasını bitirməyə qərar verib.

66 yaşlı mütəxəssis mediaya açıqlamasında bildirib ki, həyat yoldaşı 22 il əvvəl xaricdə çalışdığım üçün işini dayandırıb: "Ona 55 yaşadək futbolu tərk etməyi söz vermişdim. Lakin indi 66 yaşım var. O, mənimlə xoşbəxtdir".

Məşqçilik karyerası zamanı Luis van Qal 4 dəfə Niderland çempionu olub. Mütəxəssis Amsterdamın "Ayaks" klubu ilə UEFA Çempionlar Liqasını qazanıb. Luis van Qal "Barselona" ilə iki dəfə İspaniya çempionatının, həmçinin kubokunun, UEFA Superkubokunun qalibi olub.

"Bayern"ə Almaniya çempionluğunu, kubokunu, superkubokunu qazandırıb.

Qeyd edək ki, məşqçi 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında Niderland millisi ilə bürünc medal qazanıb.

Digər xəbərlər