"Qarabağ"ı keçmiş futbolçusu ermənilərə qarşı oynayacaq

"Qarabağ"ı keçmiş futbolçusu ermənilərə qarşı oynayacaq
Futbol
11 Mart 2019 - 18:13
Supersport.Az-ın məlumatına görə, Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki Avro-2020-nin seçmə mərhələsinin iki oyunun üçün heyəti açıqlayıb.

Xorvat mütəxəssis 23 futbolçu sırasında "Qarabağ"ın sabiq, "Ərzurumspor"un hazırki qolkiperi İbrahim Şehiçə də dəvət göndərib.

Martın 18-də hazırlığa başlayacaq Bosniya yığması 23-də ermənilərlə səfərdə, 26-da isə yunanlarla doğma divarlarda qarşılaşacaq.

"J" qrupunda Finlandiya, İtaliya və Lixtenşteyn seçmə komandaları da mübarizə aparacaq.

Digər xəbərlər