Kikboksçumuz 51-ci qələbəsini Fransada qazandı

Kikboksçumuz 51-ci qələbəsini Fransada qazandı
Kikboks, Digər
11 Mart 2019 - 00:21
Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan "Glory64" çərçivəsində rinqə çıxıb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı Murtela Qroenhartla qarşılaşıb. "Glory" seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, "Glory" seriyasında keçirdiyi 6-cı görüşdə 5-ci qələbəsi olub.

 

Digər xəbərlər