Cüdoçularımız beynəlxalq hazırlıqda

Cüdoçularımız beynəlxalq hazırlıqda
Digər, Cüdo
10 Mart 2019 - 21:30
Supersport.Az-ın məlumatına görə, gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri hazırda Çexiyadadır.

Nimburk şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak edirlər. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, İspaniya, Gürcüstan, Niderland və digər ölkələrin yığmaları qatılıb. Qeyd edək ki, cüdoçularımız mart aprel aylarında Tbilisi və Antalya Qran-Prisində mübarizə aparacaqlar.

Digər xəbərlər