Avropa Kubokunda 5 medal

Avropa Kubokunda 5 medal
Digər, Cüdo
03 Mart 2019 - 23:30



Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. Yarışda 16 ölkədən 495 yeniyetmə idmançı mübarizə aparıb.

Son gün Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 1 qızıl və 1 gümüş medala layiq görülüblər. Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub. Oğlanların mübarizəsində ölkəmizi təmsil edən Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Beynəlxalq turnirin ilk günü Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb.

 





 

Digər xəbərlər