Eksklüziv: AFFA hakimlərinin biabırçı səhvi - "Qarabağ"ın futbolçusu: "Mən 44 yox, 46 qol vurmuşam"

Eksklüziv: AFFA hakimlərinin biabırçı səhvi - "Qarabağ"ın futbolçusu: "Mən 44 yox, 46 qol vurmuşam"
Futbol, Eksklüziv
02 Mart 2019 - 23:00
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, AFFA hakimləri premyer liqada olduğu kimi, uşaq liqalarında da kobud səhvlərə yol verirlər.

Dünya futbolunda nadir hallarda rast gəlinən xoşagəlməz məqam ölkəmizdə baş verib.

Məsələ burasındadır ki, AFFA-nın referiləri "Qarabağ"ın U-10 komandasının istedadlı futbolçusu Onur Əliyevin iki oyunun hərəsində vurduğu 1 qolu komanda yoldaşının adına yazıblar. Supersport.Az-a açıqlamasında hücumçu bu xəbəri təsdiqləyib. O.Əliyev bildirib ki, çempionatda 44 yox, 46 qol vurub. "Qarabağ" klubu səhvi düzəltmək üçün AFFA-ya müraciət etsə də, buna məhəl qoyulmayıb.

Qeyd edək ki, U-10 liqasında "Qarabağ" 54 xalla liderdir. "Neftçi" (45 xal) ikinci, "Sabah" (43 xal) üçüncüdür. Bombardirlər siyahısına 48 qolla "Neftçi"nin futbolçusu Rüstəm Hüseynli başçılıq edir. "Qarabağ"lı Onur Əliyev 46 dəfə rəqib qapılarına yol tapsa da, AFFA-nın saytında bu rəqəm səhv olaraq 44 yazılıb. "Sabah"ın futbolçusu Samir Şərifov isə 41 qolla üçüncüdür.

Digər xəbərlər