"Banişevski kuboku"nu "Binə" qazandı - Şəkil

"Banişevski kuboku"nu "Binə" qazandı - Şəkil
Futbol, Foto
28 Fevral 2019 - 23:57
Supersport.Az-ın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) birgə təşkilatçılığı ilə məşhur futbolçumuz, "Şöhrət" ordenli Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçirilib. Yarışda 6 komanda (Hövsan, Ələt, Qardaşlar, Binə, Qobustan, Müşfiqabad) mübarizə aparıb.

Final görüşündə Binə təmsilçisiı 3:2 hesabı ilə Ələt komandasını udaraq turnirin qalibi adını qazanıb. Qobustan komandası isə 2:0 hesabı ilə "Qardaşlar" komandasını məğlub edərək üçüncü olub.

Sonda qalib komandaya kubok, digər mükafatçılara xatirə hədiyyələri və diplomlar verilib. Təşkilatçılar tərəfindən turnirin bombardiri – 6 qolla yadda qalan "Ələt"li Şamxal Məlikov, eləcə də ən intizamlı futbolçu üçün ayrılan mükafata sahib çıxan "Qobustan"ın oynayan məşqçisi Atabəy Əlixanov təltif olunublar.

Digər xəbərlər