Messi Ronaldoya yaxınlaşdı: 50 hət-triklə

Messi Ronaldoya yaxınlaşdı: 50 hət-triklə
Futbol
23 Fevral 2019 - 22:18
Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzu Lionel Messi İspaniya çempionatında yenidən ustalığını nümayiş etdirib.

"Barselona"nın əsas silahı "Sevilya" ilə qarşılaşmada komandası hesabda iki dəfə geri düşsə də, qələbədə böyük pay sahibi olub. Argentinalı karyerasında 50-ci hət-trik edib, 1 qolun da ötürməsini verib. "Leo" La Liqada "Sevilya"ya 26-cı qolunu vuraraq, bir komandanın qapısına ən çox yol tapan futbolçu olub. Messi 50-ci hət-trikə imza atmaqla 51 dəfə bir oyunda 3 qol vuran Ronaldoya yaxınlaşıb.

Digər xəbərlər