Boks yığmamızdan zəif nəticə

Boks yığmamızdan zəif nəticə
Digər, Boks
20 Fevral 2019 - 16:20
Supersport.Az-ın məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandca" turnirində ölkəmiz zəif nəticə göstərib. Mötəbər yarışda 43 ölkədən 360 idmançı mübarizə aparıb. Yarımfinalda Azərbaycan millisinin 2 üzvü də qüvvəsini sınayıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev üçüncü sınağında amerikalı Riçard Torreslə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Komandanın digər boksçusu Aynur Rzayeva (75 kq) da yarımfinalda büdrəyib və Naomi Qraham (ABŞ) həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Nəticədə hər iki boksçumuz 70-ci dəfə təşkil edilən yarışı bürünc medalla başa vurub.

Yarışın medal siyahısı:

1. Rusiya — 4-0-1 (5)
2. Özbəkistan — 2-2-1 (5)
3. ABŞ — 1-1-2 (4)
4. Bolqarıstan — 1-1-0 (2)
5. Ukrayna — 1-0-3 (4)
6. Hindistan — 1-0-0 (1)
7. Qazaxıstan — 0-5-0 (5)
8. Türkiyə — 0-1-1 (2)
9. Braziliya — 0-0-3 (3)
10. Azərbaycan — 0-0-2 (2)

Digər xəbərlər