Supersport.Az-ın xorvat mətbuatına istinadən məlumatna görə, AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan millisıni sınağa çəkəcək Xorvatiya yığmasında ciddi itkilər var.
Rəqib komandanın 6 futbolçusu problemlə üzləşib.
Xorvatiya yığmasının əsas qolkiperi Lovre Kaliniç, müdafiəçilər Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç, İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır. Vrsalko, Pivariç və Lovrenin martın 21-də millimizə qarşı oynamayacağı dəqiqdir. Yerdə qalan 3 futbolçunun isə meydana çıxıb-çıxmayacağı hələ də sual altındadır.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.