UEFA prezidentinə neçə qurum səs verib?

UEFA prezidentinə neçə qurum səs verib?
Futbol
07 Fevral 2019 - 18:17
Bu gün Romada təşkil olunan UEFA-nın 43-cü konqresində prezident seçkisi keçirilib.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin ikinci dəfə prezident seçilib. Çeferinin vahid namizəd olduğundan seçki formal xarakter daşıyıb. UEFA-ya üzv olan 55 milli assosiasiyadan 42-si sloveniyalı futbol funksionerinə səs verib. AFFA da Çeferini dəstəkləyib. 51 yaşlı sloveniyalı futbol adamı FİFA-nın vitse-prezidenti vəzifəsində də qalıb.

Qeyd edək ki, 2016-cı ildən UEFA-ya rəhbərlik edən Çeferin 2019-2023-cü illərdə də qurumun prezidenti olacaq.

 

Digər xəbərlər