Eksklüziv: Tale Heydərovun çempionluq planı

Eksklüziv: Tale Heydərovun çempionluq planı
Futbol, Eksklüziv
07 Fevral 2019 - 15:49
"Qəbələ"nin maddi baxımdan vəziyyəti normaldır.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, klub prezidenti Tale Heydərov komandanın bu mövsüm uğurlu çıxışı üçün mükafatın məbləğini artırıb. "Qəbələ" yeni sezonda daha iddialı olacaq. Klub rəhbəri T.Heydərov çempionluq üçün büdcəni artıracaq, həmçinin komandaya əcnəbi mütəxəssisin baş məşqçi gətiriləcəyi bildirilir. Hazırda komandanı 39 yaşlı məşqçi Sənan Qurbanov çalışdırır.

Qeyd edək ki, "Qəbələ" iki dəfə ölkə çempionatının gümüş mükafatçısı (2016/2017, 2017/2018), üç dəfə bürünc medalçısı (2013/2014, 2014/2015, 2015/2016), üç dəfə ölkə kubokunun finalçısı (2013/2014, 2016/2017, 2017/2018) olub. Ukraynalı mütəxəssis Roman Qriqorçuk komandanı iki dəfə Avropa Liqasının qrupuna daşıyıb. Hazırda bu məşqçi "Astana"dadır. 

Digər xəbərlər