Avroliqa Kuboku İstanbulda - "İnşAllah Bakı finalına türk klubu da çıxacaq" - Foto

Avroliqa Kuboku İstanbulda - "İnşAllah Bakı finalına türk klubu da çıxacaq" - Foto
Futbol, Foto
06 Fevral 2019 - 18:12
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqası Kuboku İstanbula gətirilib.

20 il əvvəl qitə kubokunu qazanan "Qalatasaray"ın futbolçularından Ərgün Pənbə və Hakan Ünsal da bununla bağlı tədbirdə iştirak edib.

Ə.Pənbə bu il Bakıda keçiriləcək Avroliqanın finalında türk komandasını görmək istədiyini bildirib:

"Kimlər üçün xəyal olsa da, bizə gerçək olan bu kuboku muzeyimizə gətirdik. Mükafatı qazananda əlimlə toxunmamışdım. İndi bu fürsəti əldə etdim. Kuboka sahib olduğum zaman mənim üçün çox mühüm - doğum günüm idi. Bu mükafatı başqa komandamız da qazana bilər. İnşAllah Bakı finalında bir Türkiyə klubu da çıxacaq".

H.Ünsal deyib:

"Kuboku görəndə xatirələr, qürur və sevincli gün fikrimizdə canlandı. Bu, ağır qardaşdır. Kuboku qaldıran oyunçu olmaq tərifedilməz bir duyğudur. Əslində kuboku unutmuşuq. Bu ölkədə çox şeyi dəyişdirən mükafatdır. O zaman imicimizi, məşqçiləri və futbolçulara yol göstərən kubok idi".





 

Digər xəbərlər