"Qarabağ"ı azarkeşləri, məşqçisi xərcə saldı

"Qarabağ"ı azarkeşləri, məşqçisi xərcə saldı
Futbol
06 Fevral 2019 - 15:03
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə baş verən qayda pozuntularıyla bağlı qərar verilib. 

Supersport.Az xəbər verir ki, XV turun "Zirə" – "Sabah" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komandalar 800 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində "Sabah"ın futbolçusu  Məqsəd İsayev  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Oyunun  62-ci dəqiqəsində "Zirə"nin futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

"Zirə" və "Sabah" klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunub.

"Qəbələ" – "Sumqayıt" matçında  hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunub.

"Qarabağ" – "Neftçi" matçının 70-ci dəqiqəsində paytaxt klubunun futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyundan əvvəl "Qarabağ"ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimələnib.

Digər xəbərlər