Respublika stadionunun uçan dam örtüyü - Video

Respublika stadionunun uçan dam örtüyü - Video
Futbol, Eksklüziv, Video
31 Yanvar 2019 - 17:57
Supersport.Az Tofiq Bəhramov adına Respublika stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun uçan çardağından videogörüntü hazırlayıb.

On iki gün əvvəl güclü külək nəticəsində baş verən hadisədə xəsarət alan olmayıb.

Uçmuş dam örtüyü Cənubi Koreyadan cəlb olunan mütəxəssislər tərəfindən bərpa olunur.

Supersport.Az-a bu haqda məlumat verən stadionun direktoru Şamil Quliyev bildirib ki, örtüyün yenidən bərpası mürəkkəb iş olduğundan koreyalı mütəxəssislər dəvət edilib. Vaxtilə tikinti işlərini də onlar həyata keçiriblər. Dam örtüyü 650 dərəcə istilikdə hazırlanır.

Digər xəbərlər