"Zirə"dən iki rəsmi transfer - Foto

"Zirə"dən iki rəsmi transfer - Foto
Futbol, Foto
28 Yanvar 2019 - 19:57
Zirə" heyətinə yeni futbolçular cəlb edib.

Supersport.Az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Fil Dişi Sahilindən olan İsmail Fofana və paraqvaylı Xulio Sezar Rodriqez Ximenes ilə anlaşıb. Hər iki hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 30 yaşlı forvardın son klubu Serbiyanın "Voyvodina" klubu olub. Fofana buna qədər İngiltərədə “Çarlton” (2006-2010), Ermənistanda “Şirak” (2012-2013), İranda “Zob Ahan” (2013), Serbiyada “Partizan” (2013-2016) komandalarının formasını geyinib. 29 yaşlı Rodriqez isə son olaraq, Paraqvayın "Deportivo Kapiata" klubunda çıxış edib.

Digər xəbərlər