"Qarabağ" iki gün istirahət edəcək

"Qarabağ" iki gün istirahət edəcək
Futbol
27 Yanvar 2019 - 21:29
Supersport.Az-ın məlumatına görə, Antalyada qış təlim-məşq toplanışını başa vuraraq bu gün ölkəmizə qayıdan "Qarabağ" iki gün istirahətə buraxılıb.


Ağdam təmsilçisi yanvarın 29-dan etibarən Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Neftçi" ilə matçın hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu fevralın 3-də keçiriləcək.

Digər xəbərlər