Cüdoçuların Təl-Əviv qran-prisi başa çatıb.
Supersport.Az-ın məlumatına görə, millimiz yarışın 3-cü günündə medal həsrətinə son qoyub. Qadınlarda İrina Kindzerska (+78 kq) finalda ukraynalı Yekaterina Kalaninanı də məğlub edərək qalib olub.
Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutub.
Bakıda keçirilən son dünya çempionatının gümüş medalçısı Uşanqi Kokauri (+100 kq) 5-ci yerlə kifayətlənib. Tural Safquliyev (90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) ilk 7-liyə düşə bilməyiblər.
Azərbaycan 32 medal qazanan ölkələr siyahısında 5-ci olub. Gürcüstanla Ermənistan isə mükafatsız qalıb.
Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlar 700, 2-ci yerdəkilər 490, 3-cü sırada qərarlaşanlar 350 xal, 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal toplayırlar.