Eksklüziv: Futbol millimizə real namizəd - 1 milyon 200 min avro istəyir

Eksklüziv: Futbol millimizə real namizəd - 1 milyon 200 min avro istəyir
Futbol, Eksklüziv
19 Yanvar 2019 - 11:12
Supersport.Az-a daxil olan məlumata görə, Qazaxıstan yığmasından istefaya göndərilən bolqar mütəxəssis Azərbaycan seçmə komandasının baş məşqçi vəzifəsinə real namizəddir.

Stanimir Stoilov uzun müddət adıçəkilən ölkədə çalışıb. 2016-cı ildə "Astana"nı Qazaxıstan çempionu edən məşqçi, klubu Çempionlar Liqası, həmçinin Avroliqanın qrupuna daşıyıb.

Millətlər Liqasında fiasko səbəbindən Qazaxıstanın Futbol Federasiyası 51 yaşlı Stoilovu göndərməyə qərar verib. Bolqar çalışdırıcı, seçmə komandada 9 ay tab gətirə bildi. Stoilovlu Qazaxıstan Qurban Qurbanovlu Azərbaycan yığmasına yoldaşlıq oyununda 3:0-lıq dərs keçib.

AFFA-nın Stoilovu gətirmək üçün hərəkətə keçdiyi bildirilir. Bolqar mütəxəssis 1 illik 1 milyon 200 min avro istəyir.

S.Stoilov məşqçilik karyerasında "Levski", "Liteks", "Botev", "Astana" klublarını, həmçinin Bolqarıstan, Qazaxıstan yığmasını çalışdırıb.    

Digər xəbərlər