"Traktorsazi"nin yetirməsi "Sumqayıt"da

"Traktorsazi"nin yetirməsi "Sumqayıt"da
Futbol
17 Yanvar 2019 - 23:08
Supersport.Az-ın məlumatına görə, 2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" "Maşınsazi" (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə müqavilə imzalayıb. 1.5 illik icarə əsasında Sumqayıt komandasının şərəfini qoruyacaq Babaei 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Traktorsazi" klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları "Gostaresh Foolad" (26 oyun, 7 qol) və "Maşınsazi"nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

Digər xəbərlər