Sənan Qurbanov: "Onlar barədə qərar veriləcək"

Sənan Qurbanov: "Onlar barədə qərar veriləcək"
Futbol
17 Yanvar 2019 - 11:27
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan "Qəbələ" – "Meppen" (Almaniya) oyunundan (1:2) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov matç barədə fikirlərini açıqlayıb.

39 yaşlı çalışdırıcı deyib:

"İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi. Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq. Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər. Oyundan razı qaldım. Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. Üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək".

Digər xəbərlər