"Uypeşt"in baş məşqçisi: "Qarabağ"ı məğlub etdiyimizə sevinirik"

"Uypeşt"in baş məşqçisi: "Qarabağ"ı məğlub etdiyimizə sevinirik"
Futbol
16 Yanvar 2019 - 23:24
Supersport.Az-ın məlumatına görə, Macarıstan klubunun rəsmi saytı Azərbaycan çempionu üzərində qələbəyə yer verib.

"Uypeşt" Çempionlar Liqasının qrupunda və son illər Avroliqada uğurlu çıxış edən "Qarabağ"ı məğlub etməyin mühüm olduğunu qeyd edib.

Macarıstan klubunun 50 yaşlı baş məşqçisi Neboyşa Viqneviç qələbəni dəyərləndirib:

"İlk yoxlama oyunumuz oldu. Bütün futbolçulara oynamaq fürsəti verildi. Qələbə qazanmağımız çox yaxşıdır. Ancaq təlim-məşqin indiki məqamında tam hazırlıdan söhbət gedə bilməz. "Qarabağ"ı məğlub etdiyimiz üçün sevincliyik. Buna baxmayaraq, qarşıda çox işlər var".

Digər xəbərlər