"Qarabağ" "Uypeşt"ə bu qolla məğlub oldu - Video

"Qarabağ" "Uypeşt"ə bu qolla məğlub oldu - Video
Futbol, Video
16 Yanvar 2019 - 19:51
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün  ilk yoxlama oyununda Macarıstan təmsilçisi "Uypeşt"lə görüşür. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

"Qarabağ"ın "Astana"dan icarəyə götürdüyü Riçard Almeyda ilk dəqiqələrdən meydandadır. "Qarabağ" oyuna aşağıdakı 11-liklə çıxıb:
 "Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov

18:00 "Qarabağ" - "Uypeşt" 0-1 (ikinci hissə)

Qol: Novotni 18


Xatırladaq ki, "Qarabağ" ilk sınaq matçını yanvarın 12-də "Botoşani"yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən qarşılaşma təxirə düşüb.

Digər xəbərlər