"Neftçi" "İstiqlal"la qarşılaşacaq

"Neftçi" "İstiqlal"la qarşılaşacaq
Futbol
15 Yanvar 2019 - 22:09

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi 3 yox, 4 yoxlama oyunu keçirəcək. Buna səbəb İranın "İstiqlal" klubundan gələn təklifdir. Sınaq matçı ilə bağlı təklifi müsbət dəyərləndirən Azərbaycan komandası yanvarın 20-də Tehran təmsilçisi ilə qarşılaşacaq. "Arslan Zeki Demirci" İdman Kompleksinin meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Məlumat Supersport.Az-a "Neftçi"nin mətbuat xidmətindən verilib.





Xatırladaq ki, Manavqat bölgəsində məskunlaşan "Neftçi", hazırlıq çərçivəsində yanvarın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (Liberes, Çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) klubları ilə qüvvəsini sınayacaq.

Digər xəbərlər