"Neftçi"nin Braliçi hardadır?

"Neftçi"nin Braliçi hardadır?
Futbol
15 Yanvar 2019 - 16:00
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Roberto Bordin narazı olduğu Slavko Braliç komandanın əvəzedici heyətinə göndərilib.

27 yaşlı xorvat müdafiəçi bu gün Bakıda yoldaşlıq oyununda iştirak edib. Braliçin çıxış etdiyi "Neftçi-2" birinci liqa təmsilçisi MOİK-i yoxlama qarşılaşmasında 3:1 hesabıyla məğlub edib.

"Neftçi"nin qanalı hücumçusu Kvame Karikari isə BƏƏ-də klub axtarır.

Digər xəbərlər