Riçard Almeyda: "Qarabağ" mənim evimdir, ailəmdir"

Riçard Almeyda: "Qarabağ" mənim evimdir, ailəmdir"
Futbol
13 Yanvar 2019 - 09:04
"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdir, ailəmdir".

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın heyətinə qaytardığı Riçard Almeyda klubun rəsmi saytına açıqlamasında belə deyib.

Braziliyalı yarımmüdafiəçi azarkeşlərə də təşəkkür edib:


"Burada hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, "Qarabağ" Almeydanı "Astana"dan 1 il müddətinə icarəyə götürüb. 29 yaşlı futbolçu 2012-2018-ci illərdə Ağdam klubunun formasını geyinib. Riçard ötən mövsümün sonunda Qazaxıstan klubu ilə 2 illik müqavilə bağlamışdı.

Digər xəbərlər