Dünya Kubokunu sevməyən məşqçi: "Yığma komandalardan öyrəniləcək nəsə yoxdur"

Dünya Kubokunu sevməyən məşqçi: "Yığma komandalardan öyrəniləcək nəsə yoxdur"
Futbol
12 Yanvar 2019 - 19:38
Supersport.Az-ın məlumatına görə, "Çelsi"nin baş məşqçisi Maurisio Sarri şok açıqlamayla gündəmə gəlib.

Dünya Kubokunu izləmədiyini, milli komandaların oyunlarını sevmədiyini deyən 60 yaşlı italiyalı mütəxəssis, fikrini belə əsaslandırb:

"Dünya Kubokunu izləmədim. Milli komandaları sevmirəm. Çünki onlardan öyrəniləcək nəsə yoxdur. Hər zaman eyni tərzdə oynayırlar. Bütün mütəxəssislər mənim kimi düşünür, ancaq hamı bunu demir".

İngiltərə klubunun çalışdırıcısı hesab edir ki, komandanı bir ay müddətində hazırlamaq çətindir:

"Bir komandanı 30 gündə hazırlamaq çətindir. Dünya Kubokunda hər yığma yaxşı kluba məğlub olar. Bu, çox normaldır. Çünki klublarda təşkilatlanmaq üçün daha çox vaxt olur. Ancaq milli komandalarda bu çətindir, belə zaman yoxdur. Buna görə Dünya və Avropa çempionatlarında təşkilatlanmış komanda görmək çox çətindir".

Digər xəbərlər