Eksklüziv: Sənan Qurbanov: "Qəbələ" niyə "Qarabağ"la bacarmasın?" - Video

Eksklüziv: Sənan Qurbanov: "Qəbələ" niyə "Qarabağ"la bacarmasın?" - Video
Futbol, Eksklüziv, Video
06 Yanvar 2019 - 20:59
Supersport.Az bu gün yenidən məşqlərə başlayan "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanovdan müsahibə alıb.

Gənc mütəxəssis, mövsümü qiymətləndirib, komandadan futbolçu göndərilməyəcəyini bildirib.


38 yaşlı baş məşqçi, transferdə başqa klublardan geri qalmalarının səbəbini açıqlayıb:

"Mən deməzdim ki, bu, maddi çətinliklə bağlıdır. Komandamıza yeni oyunçular cəlb etmək fikrindəyik. Bəzi futbolçular izlənilib. Ən əsası, bizə lazım, faydalı olanı seçəcəyik. Komandamız saya yox, keyfiyyətə üstünlük verəcək. Hansısa xətti zəif hesab etmirəm. Gücləndirmək istədiyimiz mövqelər var. İlk dövrə geridə qaldı, bizə vaxt lazım idi. İkinci dövrə ərəfəsində zamanımız var, bunu dəyərləndirib boşluqlar və çatışmazlıqların aradan qaldırılması üzərində çalışacağıq".

Qurbanov, "Qış fasiləsindən sonra fərqli komanda görəcəksiniz" deyib:

"İkinci dövrədə futbolçular yenə hər oyuna qələbə üçün meydana çıxacaqlar. Onlar daha əzmkar və möhkəm xarakter nümayiş etdirməlidirlər. Bu istiqamətdə də hazırlıq aparılacaq. Çalışırıq ki, üst pillələrdə olaq. Birinci yerdə olmaq şərt deyil. Komandama böyük inamım var".

"Qəbələ"nin çalışdırıcısı hesab edir ki, kubokun yarımfinalında "Qarabağ"a qarşı layiqli mübarizə aparmaq mümkündür:

"Bəli, "Qarabağ" illərin təcrübəsi və çempionudur. Ancaq unutmayaq ki, futbolda fərqli nəticələr də olur. "Qəbələ" "Qarabağ"ı yarışdan kənarlaşdıra bilər. Niyə komandamız bu rəqiblə bacarmamalıdır? "Qəbələ" də oyuna güclü köklənəcək, komandamız adına uyğun oyun nümayiş etdirməlidir. Mən hesab etmirəm ki, rəqib arzuolunmazdır. Hər şey keçmişdə qalıb. İndi gələcəyə baxırıq".

Anar Cəfərsoy

 

Digər xəbərlər