Futbol millimizin baş məşqçi vəzifəsinə daha bir namizəd

Futbol millimizin baş məşqçi vəzifəsinə daha bir namizəd
Futbol
01 Yanvar 2019 - 21:08
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın futbol yığmasının baş məşqçi postuna daha bir mütəxəssis Slaven Biliç dəvət alıb.

Bu haqda azerifootball.com saytı xəbər yayıb. Xorvat məşqçi düşünmək üçün vaxt istəyib.

Hazırda 50 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı çempionatında zəif çıxış edən "Əl-İttihad" klubunu çalışdırır və ayrılmaq niyyətindədir.

Xatrıladaq ki, Biliç 90-cı illərdə Xorvatiya futbolunun tanınmış simalarındandır. O, məşqçi karyerasında "Vest Hem", Moskva "Lokomotiv"i və "Beşiktaş" klublarını çalışdırıb. Mütəxəssisin Türkiyə klubunda üç ildə müvafiq olaraq qazancı 1.5, 1.6, 1.7 milyon avro olub. Buna qədər 2006-2012-ci illərdə Biliç Xorvatiya yığmasının baş məşqçisi olub. Bu müddətdə Robert Prosineçki də seçmə komandada çıxış edib.

 

Digər xəbərlər