"Qarabağ"ın keçmiş futbolçusu Pedro haqda müsbət fikir

"Qarabağ"ın keçmiş futbolçusu Pedro haqda müsbət fikir
Futbol
31 Dekabr 2018 - 17:44
Supersport.Az-ın məlumatına görə, Qazaxıstan Futbol Federasiyası prezidenti Adilbek Caksıbekov ölkə futbolu barədə düşüncələrini bölüşüb.

Qurum rəhbəri, mühüm işlər görüldüyünü, bununla belə daha yaxşı çalışmağın vacibliyini qeyd edib.

Federasiya başçısı infrastruktur, uşaq futbolu, məşqçilər və hakimlərin səviyyəsinin artırılmasına xüsusi diqqət çəkib.

O, "Renn", "Alkmaar", APOEL, "Midtyulland" kimi güclü klublar üzərindəki qələbələri qabardıb.

"Peşəkar futbol daim inkişafdadır. Klubların Avrokuboklarda uğurlu çıxışı bizi sevindirir. Uzun müddətdir ki, istənilən futbolu sürətli tərəqqi edən ölkələrdə aktual fikir var. "Güclü çempionat" "Güclü yığma komanda" deməkdir".

Prezident, "Astana"da çempion olan, qitə yarışlarında fərqlənən "Qarabağ"ın sabiq oyunçusu Pedro Enrike haqda da müsbət danışıb:

"Andrey Arşavin, Pedro Enrike, Marin Tomasov, İsael, Karluş Fonseka və başqa səviyyəli legioner futbolçular ölkəmizdə oynadıqları üçün bizimkilər - qazaxıstanlı gənclər, yetişir, inkişaf edir".

 

Digər xəbərlər