Eksklüziv: "Qarabağ"ın transfer planı

Eksklüziv: "Qarabağ"ın transfer planı
Futbol, Eksklüziv
29 Dekabr 2018 - 20:39
Azərbaycanın altıqat çempionu "Qarabağ" qış fasiləsində heyətini gücləndirməkdə davam edəcək.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov komandaya 4 futbolçu da cəlb etmək fikrindədir.

"Qarabağ" 1 mərkəz müdafiəçisi, 2 yarımmüdafiəçi və daha 1 hücumçunun transfer olunması istiqamətində işlər aparır.

Bir müddət əvvəl braziliyalı forvard Reynaldonu qaytaran Azərbaycan təmsilçisi, "Astana"da çıxış edən sabiq futbolçusu Riçard üçün də danışıqlar prosesini davam etdirir. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcəyi, Almeydanın da dönəcəyi gözlənilir. Bir neçə gün əvvəl Supersport.Az-ın braziliyalı futbolçunun qısa müddət Bakıda olaraq "Qarabağ"la danışıq aparması haqda xəbəri doğru idi.

Azərbaycan çempionu, PAOK-un ukraynalı müdafiəçisi Yevgeni Xaçeridini də heyətinə qatmağa çalışır.

 

 

Digər xəbərlər