"Xəzər-Lənkəran"ın sahibi Mübariz Mənsimovun yeni gəmisi: "Muhamməd Əmin Rəsulzadə"

"Xəzər-Lənkəran"ın sahibi Mübariz Mənsimovun yeni gəmisi: "Muhamməd Əmin Rəsulzadə"
Futbol
28 Dekabr 2018 - 21:03
"Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!".

Supersport.Az saytı xəbər verir ki, bu misranı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Xəzər-Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov sosial şəbəkədə paylaşıb. O, yeni müjdəli məlumatı izləyicilərlə bölüşərək, gələn ilin martından Muhamməd Əmin Rəsulzadənin adını daşıyan gəminin sularda görünəcəyini deyib:

"Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Muhamməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. "Palmali"nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi.

Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. "Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!" deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına".

Digər xəbərlər