Üçqat çempionumuz Eldəniz Əzizlidən rusiyalı rəqibinə dərs

Üçqat çempionumuz Eldəniz Əzizlidən rusiyalı rəqibinə dərs
Digər, Güləş
22 Dekabr 2018 - 21:26
Supersport.Az-ın məlumatına görə, Ərdəbildə yunan-Roma güləşində klubların dünya çempionatında mübarizə aparan pəhləvanımız Eldəniz Əzizli qalib olub.

İdmançımız şərəfini qoruduğu "Bime Razi" komandasının uğurunda böyük rol oynayıb. Fərdi yarışlarda Avropa və dünya çempionumuz (55 kq), Ərdəbil təmsilçisinin heyətində finalda Rusiyanın "Legion" klubunun üzvü, ölkə çempionu Vitali Kabaloyevi 9:0 hesabıyla çökdürüb. İran komandası rus kollektivini 8:2 məğlub edərək ikinci dəfə dünya çempionu adını qazanıb. Eldəniz Əzizlinin klubu 10 min avroya sahib çıxıb, medal və diplomla təltif olunub.

İranın "Sina Sanat Eazeh"i "İstanbul BBSK" klubunu 6:4 hesabıyla məğlub edərək, üçüncü olub.

Son iki yeri tutan komanda müvafiq olaraq 6 min və 4 min avro qazanıb.

Xatırladaq ki, mötəbər yarış 2014-cü ildən İran Güləş Federasiyasının təklifi ilə keçirilir.

Digər xəbərlər