Eksklüziv: Riçard Almeyda "Qarabağ"a qayıtdı

Eksklüziv: Riçard Almeyda "Qarabağ"a qayıtdı
Futbol, Eksklüziv
22 Dekabr 2018 - 14:07
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda "Qarabağ"a qayıdıb.

Müxbirimizə məlumatlı mənbədən bildirilib ki, 29 yaşlı braziliyalı futbolçu Bakıya gəlib. "Qarabağ" millimizin üzvü Riçard Almeyda ilə danışıqlar aparır. Yaxın günlərdə tərəflər arasında razılıq əldə olunacağı gözlənilir. Riçard Bakıda danışıq apardıqdan sonra vətəninə qayıdıb.  

Qeyd edək ki, 2012-2018-ci illərdə "Qarabağ"ın formasını geyinən Riçard Almeyda ötən mövsümün sonunda "Astana"ya keçib. Braziliyalı futbolçu Qazaxıstan çempionu olub, klubun heyətində 19 oyunda iştirak edib, çempionatda 1 qol vurub. Almeydanın "Astana"yla hazırda 2 illik müqaviləsi var. Avropa Liqasında qrup səddini keçə bilməyən Qazaxıstan təmsilçisi maddi problemlə üzləşib. 

Ричард Алмейда: «Не верьте фейковым новостям. Я остаюсь в „Астане“»Ричард Алмейда: Хочу вернуться в «Карабах»





 



Digər xəbərlər