“Neftçi” “Sumqayıt”la cavab matçına hazırlığı başa vurdu

“Neftçi” “Sumqayıt”la cavab matçına hazırlığı başa vurdu
Futbol
18 Dekabr 2018 - 17:31
“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Sumqayıt”la cavab matçına hazırlığını başa vurub.

Supersport.Az xəbər verir ki, komanda bu gün doğma bazasında oyunöncəsi son məşqə çıxıb. Bütün futbolçuların qatıldığı hazırlıq prosesində Ruslan Abışov fərdi məşğul olub.

Xatırladaq ki, dekabrın 19-da “Sumqayıt Arena”da keçiriləcək "Sumqayıt” - "Neftçi” oyununa saat 19:00-da start veriləcək.

Digər xəbərlər