"Qızıl buts" 5-ci dəfə Messiyə təqdim olundu

"Qızıl buts" 5-ci dəfə Messiyə təqdim olundu
Futbol
18 Dekabr 2018 - 18:31
Ötən mövsüm La Liqada 34 qol vuraraq bombardir olan Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub.

Supersport.Az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu 5-ci dəfə bu mükafata layiq görülüb və bu göstərici üzrə yeni rekord müəyyənləşdirib. O, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.
Qeyd edək ki, "Qızıl buts" reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. "Böyük 5-lik" çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.

Digər xəbərlər