Avropa Liqası: "Fənərbağça"yla "Qalatasaray"a güclü rəqib düşdü

Avropa Liqası: "Fənərbağça"yla "Qalatasaray"a güclü rəqib düşdü
Futbol
17 Dekabr 2018 - 16:55
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Supersport.Az  xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb.

Türkiyə təmsilçilərindən "Fənərbağça" "Zenit"ə (Rusiya), "Qalatasaray" isə "Benfika"ya (Portuqaliya) rəqib olub.

Avropa Liqası
1/16 final

“Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Brügge” (Belçika) – “Zalsburq” (Avstriya)

“Rapid” (Vyana, Avstriya) – “İnter” (İtaliya)

“Slaviya” (Praqa, Çexiya) – “Genk” (Belçika)

“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)

“Sürix” (İsveçrə) – “Napoli” (İtaliya)

Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Ayntraxt” (Almaniya)

“Seltik” (Şotlandiya) – “Valensiya” (İspaniya)

“Renn” (Fransa) – “Betis” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna)

"Latsio" (İtaliya) - "Sevilya" (İspaniya)

"Fənərbağça" (Türkiyə) - "Zenit" (Rusiya)

"Sportinq" (Portuqaliya) - "Vilyareal" (İspaniya)

BATE (Belarus) - "Arsenal" (İngiltərə)

"Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.

Digər xəbərlər