Messidən 43-cü het-trik

Messidən 43-cü het-trik
Futbol
17 Dekabr 2018 - 12:09
"Berselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunun heyətində 43-cü dəfə het-trik edib.

Supersport.Az xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanın 16-cı turundan səfərdə "Levante”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə 3 qol vurub.

Argentinalı futbolçu bu göstəricidə yalnız hazırda  "Yuventus”da çıxış edən  Kriştiano Ronaldodan geri qalır. Portuqaliyalı hücumçu bu yay ayrıldığı "Real"ın heyətində 44 dəfə het-trik edib.

"Levante" ilə görüş Messi üçün daha iki məqamla da əlamətdar olub.  O, het-trik etməklə 2018-ci ildə 50 qol vuran ilk futbolçu olub. "Barselona”nın kapitanı həm də bu il "Top-5” liqalarda "qol+ötürmə” sistemi ilə 20 xal yığan ilk oyunçudur.

Qeyd edək ki, Messi bu mövsüm "Barsa"nın heyətində ümumilikdə 19 oyuna 20 qol vurub,  12 məhsuldar ötürmə edib.

Digər xəbərlər