"AVRO-2021": Azərbaycan millisi Fransa ilə eyni qrupda

"AVRO-2021": Azərbaycan millisi Fransa ilə eyni qrupda
Futbol
11 Dekabr 2018 - 12:34
Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2021-in seçmə mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, püşkatmada Azərbaycanın U-21 yığmasının da rəqibləri müəyyənləşib. Azərbaycan millisi 2-ci qrupda yer alıb. Püşk U-21 millisinə İsveçrə, Slovakiya, Fransa kimi komandaları rəqib seçib.

Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

AÇ-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar. Seçmə mərhələnin oyunları 2019-cu ilin martından 2020-ci ili noyabrına qədər keçiriləcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İspaniya Cəbəllütariq, Kosovo isə Serbiya ilə eyni qrupa düşə bilməz.

Digər xəbərlər