Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi

Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi
Futbol
11 Dekabr 2018 - 11:19
Avro-2020-nin seçmə mərhələsinin birinci turunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşib.

Supersport.Az-ın Xorvatiya Futbol Federasiyasının saytına istinadən  yaydığı xəbərə görə, görüş  Zaqrebdəki "Maksimir" stadionunda oynanılacaq. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
 Qeyd edək ki,  Xorvatiya - Azərbaycan görüşü gələn il martın 21-i keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər xəbərlər