Eksklüziv: Qurban Qurbanov Avroliqanın tarixinə düşdü

Eksklüziv: Qurban Qurbanov Avroliqanın tarixinə düşdü
Futbol, Eksklüziv
11 Dekabr 2018 - 02:09

Supersport.Az-ın əldə etdiyi məlumata görə, altıqat ölkə çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ən yaxşı məşqçiləri sırasındadır.


Təcrübəli mütəxəssis 10 ildə klubunu 5 dəfə qitə yarışlarının əsas mərhələsinə daşıyıb. Bu müddətdə "Qarabağ" Avroliqanın qrup raundunda 4, Çempionlar Liqasında isə 1 dəfə mübarizə aparıb.


UEFA Avropa Liqasının tarixində ən çox oyun keçirən mütəxəssislərin siyahısını tərtib edib. Azərbaycan üçün sevindirici məqam odur ki, bu sırada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da yer alıb.


İlk sırada "Arsenal"ın əsas çalışdırıcısı Unai Emeridir. İspan mütəxəssis "Sevilya"ya üç dəfə Avropa Liqası Kubokunu qazandırıb.


"Qarabağ"lı Qurban Qurbanov 23 oyun keçirməklə qitənin çox sayda mütəxəssislərini geridə qoyub. Qurban Qurbanov Azərbaycan çempionunu Avroliqanın qrupunun son - İngiltərədə "Arsenal"la oyunda meydana çıxaracağı tədqirdə, mövqeyini bir qədər möhkəmləndirəcək.


Avroliqa tarixində fərqlənən məşqçilərin siyahısı belədir:


1. Unai Emeri (Arsenal FC [5], Valensiya CF [20], Sevilya FC [39]) - 64 oyun


2. Jorji Jesus (Sportinq [14], SL Benfika [38]) - 52


3. Miron Markeviç (FC Metalist Xarkov [28], FC Dnipro Dnipropetrovsk [20]) - 48


4. Qurban Qurbanov (Qarabağ FK) - 23


5. Marselino (Vilyarreal CF) - 22


6. Paulo Fonseka (FC Porto [2], FC Şaxtyor Donetsk [8], Braqa [12]) - 22


7. Pavel Vrba (Viktoriya Plzen) - 22


8. Urs Fişer (Sürix [6], FC Tun [6], FC Bazel 1893 [10]) - 22


9. Yuri Syomin (Dinamo Kiyev [12], FC Lokomotiv Moskva [10]) - 22


10. Kristof Qaltye (Sent-Etyen) - 21


11.Marselo Byelsa (Atletik B) - 21


12. Oleq Kononov (Karpatı Lvov [6], Krasnodar [14], Spartak Moskva [1]) - 21


13. Roy Hocson (Liverpul [6], Fulhem [15]) - 21


14. Aykut Kocaman (Konyaspor [6], Fənərbağça [14]) - 20


15. Maurisio Pocçettino (Tottenhem Hotspur) - 20


16. Mirko Slomka (Hannover 96) - 20


17.Remi Qarde (Olimpik Lion) - 20


18. Torsten Fink (Bazel 1893 [8], FK Austriya Vyana [12]) - 20

Digər xəbərlər