"Qəbələ" Türkiyədə hazırlaşacaq

"Qəbələ" Türkiyədə hazırlaşacaq
Futbol
06 Dekabr 2018 - 22:02
2018-2019-cu illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Azərbaycan Kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq "qırmızı-qaralar" 2019-cu il yanvarın 6-da Bakıda bir araya gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək.

Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. "Qəbələ" yanvarın 13-dən 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. "Qırmızı-qaralar" Lara bölgəsindəki "Trendi otel"də məskunlaşacaq.

Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Komandamız yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. "Qəbələ" yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu "Meppen"lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiya təmsilçisi "Fakel" olacaq.

Digər xəbərlər