UEFA “Vorskla” – “Arsenal” oyunu ilə bağlı qərarını açıqladı

UEFA “Vorskla” – “Arsenal” oyunu ilə bağlı qərarını açıqladı
Futbol
29 Noyabr 2018 - 14:15
UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun  “Vorskla” – “Arsenal” oyunu ilə bağlı qərarını açıqlayıb.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Kiyevdə keçiriləcək. UEFA-nın yaydığı bəyanatda matçın yerinin Poltavadan paytaxta dəyişdirilməsi səbəbindən “Vorskla” azarkeşlərinin üzləşəcəyi çətinliyə görə təəssüf hissi keçirdikləri qeyd olunub:

“UEFA-nın matçın Kiyevdə keçirilməsi ilə bağlı təcili qərarı Ukraynanın bəzi bölgələrində hərbi vəziyyətin və təhlükəsizlik tədbirlərinin qeyri-müəyyənliyi, eyni zamanda bütün riskləri qiymətləndirmək üçün vaxtın az olması ilə bağlı verilib”.

Qurum həmçinin qeyd edib ki, hərbi vəziyyətin tətbiqi ilə bağlı durumu öyrənmək üçün UEFA-nın təhlükəsizlik mütəxəssisləri Ukraynaya göndəriləcəklər.

Qeyd edək ki, “Vorskla”nın prezidenti Roman Çernyak dünənki müsahibəsində matçın yerinin dəyişdirilməsinə görə təxirə salına biləcəyini  bildirsə də, UEFA fərqli qərar verib. Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər xəbərlər