Riçard 1-ci, Qara 5-cidir

Riçard 1-ci, Qara 5-cidir
Futbol
21 Noyabr 2018 - 18:09
UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox dəqiq ötürmə verən futbolçuların adları açıqlanıb.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, sıralamaya yığmamızın yarımmüdafiəçisi Riçard Almeyda başçılıq edir.

Braziliyalı milliləşmiş futbolçunun ehtiyatında 454 dəqiq ötürmə var. İkinci pillədə Moldova millisindən Aleksandr Epuryanu (444), üçüncü sırada Gürcüstan yığmasının üzvü Nika Kvekveskiri (437) yer alıb.

İspaniya millisinin kapitanı Serxio Ramos 433 ötürmə ilə 4-cüdür. Beşliyi millimizin digər üzvü Qara Qarayev tamamlayır. “Qarabağ”ın yarımmüdafiəçisi 6 oyunda ümumilikdə 427 dəqiq ötürmə verib.

Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz qrupu ikinci sırada başa vurub.

Digər xəbərlər