"Qarabağ"ın qolkiperiylə, keçmiş futbolçusu Avroliqada "Top-100"də - Foto

"Qarabağ"ın qolkiperiylə, keçmiş futbolçusu Avroliqada "Top-100"də - Foto
Futbol, Eksklüziv, Foto
17 Noyabr 2018 - 15:52






UEFA Avropa Liqasında ən yaxşı futbolçuların siyahısını açıqlayıb.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, qitə yarışında yeganə təmsilçimiz "Qarabağ"dan "Top-100"də yer alan var. Qolkiperlər sırasında Hannes Halldorsson 1017 xalla 45-ci pilləyə yüksəlib. Digər qapıçı Vaqner da Silva geriləyərək sonuncu - 87-cidir (-516 xal).

Altıqat Azərbaycan çemponunun iki futbolçusu - Qara Qarayev 1414 xalla 422-ci, Maksim Medvedev 1413 xalla 424-cü yerdə qərarlaşıb.

"Top-100"də "Qarabağ"ın sabiq oyunçusu, "Astana"nın yarımmüdafiəçisi Pedro Enrike yüksələrək 2951 xalla 53-cüdür.

Ağdam klubunun digər keçmiş futbolçusu, "Astana"da çıxış edən millimizn üzvü Riçard Almeyda 1189 xalla 492-ci pilləyə irəliləyib.

"Top-100"ün hücumçularının reytinqində

"Arsenal"ın forvardı Pyerr-Emerik Aubameyanq 3215 xalla 14-cü, Danni Uelbek 2198 xalla 34-cü pilləyə enib.

Bakıda "Qarabağ"a qol vuran "Vorskla"nın əsas silahı Vladislav Kulaç 2014 xalla 42-ci, həmçinin Yuri Kolomoets 882 xalla 89-cu sıraya düşüb.

Süleyman Kərimov

 

Digər xəbərlər