Ramosdan 100-cü qol

Ramosdan 100-cü qol
Futbol
16 Noyabr 2018 - 17:45
UEFA Millətlər Liqasının 5-ci turunda keçirilən  Xorvatiya - İspaniya oyunu (3:2) qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Supersport.Az-ın xəbərinə görə, 32 yaşlı müdafiəçi bu görüşdə fərqlənərək karyerasının 100-cü qolunu vurub.

O, matçın 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bundan başqa, Ramos İspaniya yığması tarixində ardıcıl dördüncü matçda qol vuran ilk müdafiəçi olub.

Qeyd edək ki İspaniya millisində ilk oyununu 2005-ci ildə keçirən Ramos  160 oyuna 16 qol vurub.

Digər xəbərlər