"Qarabağ" 92, Qurban Qurbanov 125 pillə yüksəldi

"Qarabağ" 92, Qurban Qurbanov 125 pillə yüksəldi
Futbol
13 Noyabr 2018 - 21:21
Dünyanın ən yaxşı klublarının yeni reytinqi açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, "Football World Ranking" saytının təqdim etdiyi siyahıda Avroliqanın qrup mərhələsində ilk qələbəsini "Vorskla" üzərində qazanan "Qarabağ" sürətlə irəliləyib.

Altıqat Azərbaycan çempionu 92 pillə yüksələrək 648-ci yeri 556-ya dəyişib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 125 pillə yüksəlib.  Təcrübəli mütəxəssis 587-ci yerdən 462-yə qalxıb.

"Neftçi", "Qəbələ", "Keşlə" 4 pillə irəliləyib.

"Ağ-qaralar" 892-cidir. "Qəbələ" 923-cü, "Keşlə" 924-cüdür.

 



 

Digər xəbərlər