Azarkeşlər "Qarabağ"ı ziyana saldı

Azarkeşlər "Qarabağ"ı ziyana saldı
Futbol
13 Noyabr 2018 - 16:00
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın xəbərinə görə, İK Azərbaycan Premyer Liqasının 11-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.  Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

"Sumqayıt" – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

“Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində çempion klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Ağdam klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq komanda tərəfindən ödəniləcək.

Digər xəbərlər