Qurban Qurbanov: "Sportinq"lə "Arsenal"dan da xal qoparmağa çalışacağıq" - Video

Qurban Qurbanov: "Sportinq"lə "Arsenal"dan da xal qoparmağa çalışacağıq" - Video
Futbol, Eksklüziv, Video
11 Noyabr 2018 - 02:35
Supersport.Az-a müsahibəsində Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla"nı məğlub edərək ilk qələbəsini qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda beynəlxalq hava limanında fikirlərini açıqlayıb.

"Bu qələbədən sonra komandanızın uğursuzluq zolağından çıxdığını söyləmək olarmı" sualını təcrübəli mütəxəssis belə cavablandırıb:

"Bunu deyə bilmərəm. Hər qələbə komandaya inam verir. Futbol elə bir oyundur ki, burda həmişə uğur, uğursuzluq olacaq. Sadəcə, bunlara hazır olmaq lazımdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaq mühümdür".

"Qarabağ"ın çalışdırıcısı, "Sportinq" və "Arsenal"la qarşılaşmalarda da xal qazanmaq üçün çalışacaqlarına söz verib:

"İnşAllah çalışacağıq ki, Bakıda daha yaxşı oyun nümayiş etdirək. Qalan iki qarşılaşmada da futbolçular xal qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlar".

Altıqat ölkə çempionunun baş məşqçisi Qurban Qurbanov, Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisinin dəyişdirilməsinə də münasibət bildirib:

"Bu dəyişikliyin komandamızın xeyrinə və ya ziyanına olacağını söyləyə bilmərəm. Ancaq bildirim ki, bizim üçün yenilik, çətinliklər olacaq".

Anar Cəfərov

Digər xəbərlər